Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”
Özünü müxalifətçi hesab edən bəzi partiya sədrləri davranışları ilə İlham Əliyevin atasına rəhmət oxutdurmağa çalışırlar. Şəkildə gördüyünüz gənclər KXCP Ağsu rayon şöbəsi gənclərinin bir qrupudur. Gəncədən dönərkən yolüstü onlarla görüşdüm. Gəncləri dinlədim, bu günümüz və sabahımızla bağlı müzakirələr apardıq...
Təsəvvür edirsinizmi bu gənclər 2 ildir KXCP- dən didərgin salınıblar. 2 ildir onların şikayətini dinləyən yoxdur. Dəfələrlə partiya rəhbərliyinə müraciət ediblər. Baxılmır. Şəxsən Mirmahmud Mirəlioğlunun müdaxiləsi və israrı ilə onların problemi, istəkləru həll olunmur...
Bilirsinizmi onlar nə istəyir? Üzv olduqları dayaq dəstələri qeydiyyata alınıb konfrans keçirsinlər. Qurultayda iştirak etsinlər. Amma saxta konfranslar keçirib partiyanın və ölkənin ictimai- siyasi həyatında iştirakı olmayan insanları Qurultaya seçdirən Mirəlioğlu həqiqi, mübariz cəbhəçiləri, gəncləri qurultaya buraxmaq istəmir. Sonra da durub demokratiyadan, qanundan, Elçibəy əxlaqından danışır...
Bilirsinizmi Mirəlioğlu niyə bu gəncləri sevmir? Çünki gənclər mübarizənin özünü, gerçəyini istəyir. Mirəlioğlu isə mübarizədən yayınır. Mübarizənin imitasiyasına üstünlük verir... Gənclər Bütöv Azərbaycan uğrunda mübarizə aparırlar. Mirəlioğlu isə Bütöv Azərbaycanı, Təbrizi çoxdan unudub. Gənclər həqiqi Elçibəyçi olduqları üçün Bəy əxlaqına, xarakterinə uyğun gerçək mübarizə aparmaq istəyirlər. Mirəlioğlu isə "Elçibəy mənim mənəvi atamdır" imitasiyasından qabağa gedə bilmir...
Həmin gəncləri qorumaq bir tərəfə, onların fəallarından olan keçmiş siyasi məhbus Elshen Elisoy İlham Əliyevi məhkəməyə verdikdən sonra KXCP sıralarından xaric olunub...
İndi bildinizmi Mirmahmud Mirəlioğlu niyə gəncləri dışlayır, partiyadan qovur, onları Qurultaya buraxmaq istəmir? Amma o bir şeyi unudur ki, Gəncliklə vuruşanlar məğlubiyyətə məhkumdur. Elçibəy- Rəsulzadə yolunun yolçuları, Cumhuriyyət davamçıları, Bütöv Azərbaycan sevdalı gənclər isə hökmən və hökmən qalibdir!