İqtisadiyyat üzrə Nobel mükafatçıları bilindi


İqtisadiyyat üzrə Nobel mükafatı William D. Nordhaus və Paul M. Romer-ə verilib. İsveç Kral Akademiyası İqtisadiyyat Elmləri üzrə Sveriges Riksbank Mükafatının qaliblərini bu gün elan edib.

ABŞ-dan olan iqtisadçılar ali mükafata iqlim dəyişikliyi və texnoloji innovasiyanı makroiqtisadi təhlilə inteqrasiya etdiklərinə görə layiq görülüblər.

Nordhaus Yale Universitetində, Romer isə Nyu York Universitetində çalışır.

Oktyabrın 8-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qalibinin adı elan olunacaq. Bununla da builki mükafat qaliblərinin açıqlanması mərasimi bitəcək.

İqtisadiyyat üzrə mükafatın dəyəri 1 milyon dollardır. Tibb, fizika, kimya və sülh mükafatçılarına da eyni məbləğ verilir.

Həmin qaliblər bir həftə öncə bilinib.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyib. Səbəb İsveç Akademiyasında cinsi qısnama qalmaqalıdır. Mükafatı bu akademiya verir.

Ötən il Nobel mükafatı ABŞ iqtisadiyyatçısı Richard H. Thaler-ə verilib.

Mükafatlar dekabrın 10-da təqdim olunacaq. Həmin gün, 1896-cı ildə İsveç sənayeçisi, mükafatın təsisçisi Alfred Nobel dünyasını dəyişib.