Ermənistan Azərbaycana "müharibə" elan edib
Sentyabrın 12-də Ermənistan Milli Məclisində müharibə elan olunması barədə qərar qəbul edilib, ancaq "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində, Yerevan mətbuatına parlamentin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
"Ermənistan hökumətinin "Müharibənin elan edilməsi barədə təklifin təqdir olunması" haqda təklifini əsas götürərək Ermənistan Konstitusiyasının 118-ci maddəsinin birinci bəndini və "Ermənistan MM-in nizamnaməsi" konstitusiya qanununun 105-ci maddəsini əldə rəhbər tutaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır", - Ermənistan MM-in məlumatında deyilir.
Ermənistan ərazisində "Şant-2018" komanda-qərargah təlimləri start götürüb. "Armenpress" bildirir ki, sentyabrın 11-dən 14-dək ölkədə şərti hərbi vəziyyət elan olunacaq.
Ssenariyə görə, Ermənistan "şərti olaraq itirilmiş torpaqları geri qaytarır". Paşinyanın rəhbərliyi ilə hokumətin ekstren iclası keçirilib. Ermənistan SQ Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə bildirib.
"Biz "Şant-2018" təlimlrinin ssenarisi üzrə itirilmiş əraziləri qaytardıq. Düşmən neytral zonada manevrlər etdi, biz buna mane olduq. Lakin sərhəd zonası artilleriya tərəfindən atəşə tutulub, yaralananlar və həlak olanlar var. SQ atəş nöqtələrini sıxışdırır. Hazırda ölkədə hərbi vəziyyət elan edilməyib, ancaq vəziyyət buna doğru gedir", - o deyib.
Davtyanın sözlərinə görə, yeri idarəetmə orqanlarının hamısı bu ssenariyə hazırlaşır. Məqsəd hərbi vəziyyət elan olunarsa, vaxtında səfərbərliyin həyata keçirilməsidir.
"Ümumdövlət təlimləri Şant-2018" planlı xarakter daşıyır və dövlətin müdafiəsinə, təcavüzün dəf edilməsi, yüksək hazırlıq səviyyəsinə gətirilməsi imkanlarının yoxlanması, əməkdaşlıq və harmonik qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması üçün dövlət orqanlarının və hərbi idarənin səfərbərliyə hazırlanmasına yönəlib", - Yerevan KİV-i yazır.
Ermənistan ətrafında və regionda yaranmış hərbi-siyasi vəziyyəti nəzərə alaraq, təlim ssenarisində şərti düşmən və vəziyyət maksimum gerçəyə uyğunlaşdırılıb.
"Şant 2018" komanda-qərargah təlimlərinə baş nazir rəhbərlik edir. Baş Qərargah rəisi isə baş nazir aparatının rəhbəridir. "Armenpress" bildirir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin mənzil-qərargahında hökumətin İnformasiya-Analitika Mərkəzinin direktoru Ovannes Movsisyan məlumat verib.
Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan deyib ki, ilk andan vəziyyət barədə baş nazirə məlumat verilib.
"Xüsusi monitorinq qrupları Azərbaycan və Türkiyə mətbuatında vəziyyət, xüsusilə dezinformasiya barədə danışacaqlar",- o deyib.
Bakı hələlik Azərbaycanın təhlükəsizliyinə açıq təhdid olan hərbi təlimlərə öz münasibətini bildirməyib.
/Turan.az/