"Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxslərinin barəsində cinayət işi başlanılıb
"Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxslərinin barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatında deyilir.Müəyyən edilib ki, bu şirkət Nəsimi rayonu ərazisində üç hündürmərtəbəli binanın üzrə ərazi-planlaşdırma sənədlərində qeyd olunan tələbləri pozub. Binalarda mərtəbələrin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi müəyyən edilib.
Materiallar baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, məlumatda deyilir.