Vəzifəli şəxs barəsində cinayət işi başlanıldı


"Bakılifttəmir" İstehsalat Birliyinin keçmiş direktoru Qüdrət Şükürov mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə vəzifəsindən azad edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yerli mediaya bildirib.

Q.Şükürovun adı ABŞ-da United Technologies Corporation şirkətinin ətrafında yaranmış korrupsiya qalmaqalında keçir. Amerika mənbələrinin məlumatına görə, bu şirkətin törəmə şirkəti OTIS Elevator Co. Bakı binalarında liftlərin quraşdırılması üçün podratçı alınmasından ötrü "Bakılifttəmir" İB-nin məmurlarına rüşvət verməkdə ifşa edilib.

E.Sultanovun sözlərinə görə, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda "Bakılifttəmir" İB-də müvafiq yoxlamalar aparılır.

E.Sultanov Q.Şükürovun Azərbaycanı tərk etməsi barədə məlumatlarıı təkzib edib.