Polis əməkdaşları Elçin Əskərovun ailə üzvlərinə təzyiq edir
Dekabr ayının 18-də Almaniyanın Berlin şəhərində Azerbaycan səfirliyinin qarşısında şəhid ailələrinə dəstək aksiyası keçirilib. Elə həmin gün Sumaqıt şəhər Polis İdarəsinin əməkdaşları tədbirin təşkilatçısı Elçin Əskərovun atasını və qardaşını idarəyə aparıblar. Bu barədə onun özü 7gun.org -a məlumat verib.
Məlumata görə polis əməkdaşları Elçin Əskərovun atasını və qardaşını dindirdikdən və bütün qohumlarının adlarını yazdırdıqdan sonra sərbəst buraxıblar. Polis əməkdaşları onları bir gün sonra yenidən idarəyə aparıb və onlara bildiriblər ki, əgər Elçin Əskərov fəaliyyətini davam etdirəsə sizin üçün pis olacaq.
Polis əməkdaşı Elçin Əskərovun qaynının evinə də gediblər. Ancaq qaynı evdə olmadığından, onunla telefonla danışıb və lazım olsa onu da Polis İdarəsinə aparacaqlarını bildiriblər.