AXCP fəalının məhkəməsi istintaqsız keçiriləcək


AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Orxan Baxışlının apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçən prosesdə məhkəmə baxışının 10 dekabra təyin olunması barədə qərar elan olunub.

Vəkil Elçin Sadıqov ilkin baxış iclasına vəsatətlər təqdim edib: prosesin məhkəmə istintaqı ilə aparılması; Orxan Baxışlı saxlanılan zaman üzərindən tapildığı iddia olunan narkotik maddənin yararlılığını təyin etmək üçün ekspertizanın keçirilməsi; hal şahidlərinin oxşar işlərdə iştirakının olmadı barədə araşdırılma aparılması; Bakı Şəhər Baş polis idarəsinin qeydiyyat kitabında əməliyat məlumatının olub olmaması; əməliyyat məlumat verənlərin qapalı məhkəmə iclasında dindirilməsi.

Dövlət itihamçısı Ramiz Allahverdiyev vəsatətlərin təmin olunmamasını istəyib. Hakim məhkəmənin istintaq keçirmədən davam edəcəyini bildirib.

Azadlıq.info