Polis rəisi gicgahından daşla vuruldu


Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

7gun.org Report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.
1981-ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.
Faktla bağlı araşdırma aparılır.