Arif Hacılı: "Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər"


"Azərbaycan təcrid olunur. Norveç səfirliyinin ölkəni tərk etməsi bu prossesin tərkib hissəsidir".

7GÜN XƏBƏR xəbər veri ki, bunu Müsavat başqanı Arif Hacılı feysbukda yazıb.

Onun sözlərinə görə, Azərbaycanın regionun lider dövləti olduğunu iddia edənlər ölkəni, hətta Cənubi Qafqazın autsayder ölkəsinə çevirdilər: "İndi bu regiona aid bütün məsələlərdə Gürcüstan və ...Ermənistana üstünlük verilir. Öz xalqı, ölkədaxili rəqibləri üzərində "qəti qələbə" qazanması ilə öyünən hakimiyyətimiz həm hərbi, həm siyasi, həm diplomatik sahədə hamıya, ilk növbədə isə Ermənistana uduzur".

"Ən kədərli hal isə odur ki, hakimiyyət bu vəziyyətdən nəticə çıxartmaq, ölkədaxili münasibətləri yumşaltmaq, heç olmasa diplomatik təşəbbüskarlığı artırmaq əvəzinə, siyasi azadlıqların məhdudlaşdırılması siyasətini davam etdirir. Beynəlxalq birlikdən təcrid olunmağımıza səbəb olan gəlişmələrə görə Azərbaycanın narahat olmadığını bəyan edir. Ölkə uçuruma doğru gedir. Bundan yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər", - Hacılı qeyd edib.