Hüquq müdafiəçisi Oktay Gulaliyevə qarşı çıxanların hamısı vahid mərkəzdən idarə olunurlar


"Hakimiyyət əslində siyasi mühacirləri və onları müdafiə edənləri sıradan çıxartmağ istəyir".

Bu fikirləri 7gun.az-ın rəhbəri Cavid Şirəliyev özünün feysbuk səhifəsində paylaşıb. Onun yazısını olduğu kimi təqdim edirik :"Həmişə olduğu kimi yenə də hakimiyyət tərəfindən idarə olunan bəzi "siyasətçilər", "hüquq müdafiəçiləri", "jurnalistlər" və digərləri ölkədəki özbaşınalıqları və haqsızlıqları mütamadi olaraq gündəmdə saxlayan şəxslərə qarşı hücuma keçiblər.

Hüquq müdafiəçisi Oktay Gualiyevin fəaliyyəti göz önundədi. O, daim ölkədəki problemləri çəkinmədən dilə gətirdiyi, həmçinin siyasi məhbusları və mühacirləri müdafiə etdiyi üçün hakimiyyət tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Bu "adət-ənənə" yenə də davam etdirilir.

Ən acınacaqlısı odur ki, hakimiyyət əqidəli, şərəfli, şəxsiyyətli və digər insani keyfiyyətləri özündə birləşdirən bir şəxsə qarşı əqidəsiz, şərəfsiz və şəxsiyyətsiz "insanlardan" istifadə edir. Axı onları biz də yaxşı tanıyırıq. Onların hər birinin yaxın keçmişi qaranlıq olmaqla yanaşı, həmçinin çirkab üzərində qurulub. Həmin şəxslər məcbur etməsinlər ki, ortaya konkret faktlar qoyaq.

Hüquq müdafiəçisi Oktay Gulaliyevə qarşı çıxanların hamısı vahid mərkəzdən idarə olunurlar və onlar öz ləyaqətsizliklərini bir daha müəyyən mükafat almaqla sübut edirlər.

Bundan başqa, maraqlıdır ki, təxminən 6-7 ay bundan öncə dərc olunmuş və yüksək səviyyədə qəbul edilmiş bir hesabatın üstünə niyə indi belə "ciddi" düşüblər? Hakimiyyət əslində siyasi mühacirləri və onları müdafiə edənləri sıradan çıxartmağ istəyir.

Hər nə olursa olsun, ölkədə demokratiya, söz, mətbuat və digər azadlıqların bərqərar olunması üçün mübarizə aparan insanlara qarşı çıxmaq və onlar barədə həqiqətə uyğun olmayan sözlər demək ən azından şərəfsizliydi ki, bunu da bəziləri açıq-aşkar edirlər".