"Hell" istifadə edənlərdə asılılıq psixologiyası yaradır
7gun.org-ın məlumatına görə, Azərbaycanın istehlak bazarında diqqəti çəkən "Hell" adlı alkoqolsuz içkinin törətdiyi fəsadların əsl mahiyyətini sadə vətəndaşlar bilmir və ya fərqinə varmırlar. Xüsusilə, yeniyetmələrin və gənclərin bir qismində bu içkiyə maraq aludəçiliyə çevrilib.Adının açıqlamasını istəməyən xanım psixoloq əməkdaşımızla söhbətində bildirdi ki, bəzi alkoqolsuz içkilər qarışıq kimyəvi tərkibə malikdir. "Hell" kimi içkilər istehlak bazarında daha çox satılmasına baxmayaraq, onların gənclərin və yeniyetmələrin bioloji inkişafına və fizyanomiyasına vurduğu ziyanı hesablamaq üçün xüsusi laboratoriyalarda biokimyəvi analizlər aparılıb nəticələri ictimaiyyətə çatdırılmalıdır.
Xüsusilə, "Hell" istifadə edənlərdə asılılıq psixologiyası yaradır, yeniyetmələrdə fobiya təzahürləri aşkarlanır. Avropada bu tipli alkoqolsuz içkilərdən istifadə edənlərin sayı azaldığı halda, reklam bazarına daha çox meyilli olan MDB məkanında, xüsusilə, Azərbaycanda daha çox qazanc götürmək istəyən işbazlar oliqarxların himayəsi altında insabların genefonduna ziyan vurma qabliyyətinə çalik olan alkoqolsuz içkilərin satışına maraq göstərirlər. "Hell" Bakıda çox satılır, lakin əsl qiymətindən ucuz satılması diqqəti çəkir. "Hell" xaricdən gətirilir, yoxsa Bakıda istehsal olunur? Onun hazırlanması prosesində və ya idxal edilməsində qida təhlükəsizliyinə zəmanət verilirmi?
Unutmaq olmaz ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Üzrə Beynəlxalq Konvensiyaların üzvüdür. Sözardı: 7gun.org vətəndaşların sağlamlığı naminə istehlak bazarına daxil olan alkoqolsuz içkilərin vi digər qida məhsulkarının keyfiyyətinə ictimai bəzarətin tətbiq edilməsini zəruri hesab edir. Rafiq