Cəmil Həsənli siyasi məhbuslara qarşı olan təxribatlardan yazdı: "Beş ildir bu gənc ailə başçısı körpə uşaqlarının üzünə həsrətdir"


"Siyasi məhbus Murad Adilovla bağlı cəzaçəkmə yerində baş verənlər son dərəcə dəhşətlidir. Adamı qardaşı Natiq Adilovun siyasi və mətbu fəaliyyətinə görə saxta bir ittihamla tutublar. Kənd yerində yaşadığı üçün cibine deyil, evinə narkotika atmışdılar. Sonra da bir yekə bölük polis alayı gedib narkotikanı "aşkarlamışdı".

Bu sözləri Milli Şuranın sədri, Professor Cəmil Həsənli özünün feysbuk səhifəsində yazıb.

7gun.org-ın məlumatına görə, Cəmil Həsənli qeyd edib ki, Məhkəmə də, polisin qurub-qoşduğu, prokurorluğun israrla müdafiə etdiyi bu saxta ittihamı "hüuqi" cəhətdən rəsmiləşdirmişdi. Beş ildir Murad bəy cəfəng, qurama, saxta bir ittihamla həbsdə saxlanılır. Beş ildir bu gənc ailə başçısı körpə uşaqlarının üzünə həsrətdir. Xalq Cəbhəsinin üzvü olduğuna görə, AXCP-nin rəhbərliyində təmsil olunun, davamlı jurnalist, bloger fəaliyyəti ilə məşğul olan Natiq Adilovun qardaşı olduğuna görə adam Əliyev rejimi tərəfindən girov saxlanılır. Saxta cəza müddətinin başa çatmasına az qalmış Muradı həbs yerində intihar həddinə gətirirlər. Yəqin Məmməd İbrahim kimi ona da yeni saxta "cinayət" toru toxuyurlar. Azərbaycan cəmiyyətinə hüquqi dövlət vəd edən cənab İlham Əliyev siyasi məhbusluğun təkrar istehsalına başlayıb. Saxta ittihamlarla tutulmuş cəbhəçilərin, siyasilərin, jurnalistlərin, blogerlərin saxta həbs müddəti başa çatmamış onlara münasibətdə yeni cinayət toru toxunur. Kiminin yastiğının altından bıçaq "çıxır", kimisi yataqını "səliqəli" yığmır, kimisi icazə verilməmiş "resept" yazır və sair. Budur İlham Əliyevin vəd etdiyi "hüquqi" dövlətin gerçək mahiyyəti. Bütün bu məsələlərdə məşhur jurnalist Camal Kaşıkçının qətlinə fərman verib onu vəhşicəsinə icra etdirən Səudi Ərəbistan şahzadəsi Mühəmməd bin Salman hələ gəncdir və gərək Azərbaycana ov ovlamağa, quş quşlamağa deyil öz əleyhdarlarına: siyasilərə, jurnalistlərə, vətəndaş cəmiyyəti təmsilçilərinə, blogerlərə qarşı amansız mübarizənin 37 ənənələri və Şərq müstəbidliyinə dayanan sistemli kursunu keçmək üçün cənab Əliyevin yanına ixtisasartırma kursuna gəlsin. Məsələn, bin Salman tədbirli olub Kaşıkçını Tbilisidən Əfqan Muxtarlı oğurlanan kimi başına torba keçirib İstanbuldan Ər-Riyada sərhəd pozuçusu, qaçaqmalçı kimi gətirib eyni vəhşiliklə doğratsaydı səs-səmiri də çıxmayacaqdı. Bloger Mehman Qələndərovun istintaqda işgəncə altında öldürülüb gizlin dəfn edildiyi kimi.