Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olub


7gun.org xəbər verir ki, portalın baş redaktoru Peyman Sadıqovun verdiyi məlumata görə, Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır.

Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb.

Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.

Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.