Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb
7gun.org xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fevralın 15-də Abşeron Rayon Polis İdarəsinə çağırılıb.“Məndən fevralın 16-a bir neçə siyasi partiya və təşkilatlar tərəfindən təyin olunmuş mitinqdə AXCP-nın iştirakı və partiyanın mitinqin təşkilatçı olub-olmamasını soruşdular. Mən də bildirdim ki, təşkilatçı biz olsaydıq, bunu açıq deyərdik, çünki burada gizli və qeyri-qanuni nəsə yoxdur”, - o, Turan-a bildirib.
Abşeron Rayon Polis İdarəsindən şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, ReAl və Müsavat partiyaları, D18 Hərəkatı üzvlərinin mitinqi fevralın 16-ı saat 15:00-da MSK-nın binası qarşısında təyin edilib. Mitinq iştirakçıları 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz etmək niyyətindədir. Hakimiyyət aksiyaya icazə verməyib.