Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi


Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Seymur Həzinin inzibati həbs qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

7gun.org-ın məlumatına görə Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarını ləğv etməyib.

Xatırladaq ki, Seymur Həzi 17 oktyabr 2019-cu il tarixdə kiçik xuliqanlıq ittihamı ilə 15 gün müddətinə həbs edilib. Guya o, küçədə yüksək səslə söyüş söyüb və polisin tələblərinə məhəl qoymayıb. O, hakimiyyətin 19 oktyabr mitinqi ərəfəsində zərərsizləşdirdiyi fəallar arasında idi.

Xatırladaq ki, Seymur Həzi Azərbaycanda məşhur siyasi məhbuslardan biri olub. O, 2014-cü ildə xuliqanlıq və adam döymə ittihamı ilə həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cari ilin avqustunda azadlığa çıxıb.