Oktay bəylə bağlı daha bir problem...-SOS


Ağ çiyərinə infeksiya düşüb.

Oktay bəyin yoldaşı Firuzə xanımla danışdım. Açığı bir neçə gündü Türkiyədən mənə yazırdılar ki, Avrasiya klinikasında neyrocərrahiyyə şöbəsi ümumiyyətlə yoxdur. Hətta belə bir söz də eşitdim ki, Oktay bəy İstanbula aparılarkən güya yoldaşına 7 xəstəxana təklif olunub və ailə özü bu klinikanı seçib. Firuzə xanımla danışıb hamısını dəqiqiləşdirdim. Bəlli oldu ki, doğrudan da, Avrasiya xəstəxanasında belə bir şöbə yoxdur və oraya aparıldıqdan sonra bir dəfə də olsun ona neyrocərrah baxmayıb. Telefonla kənar həkimlərdən məsləhət alınır. Ailəyəsə heç bir təklif olunmayıb. Yəni Heydər Əliyev Fondunun seçdiyi xəstəxana budur.

Bunun adı nədir, siz deyin. Bu nə deməkdir, xəstə adamı burdan aparıb onun xəstəliyinə aid şöbəsi belə olmayan bir xəstəxanaya yerləşdirmək təsadüfdürmü əcaba?!

Türkiyədə kifayət qədər bu sahədə ixtisaslaşmış xəstəxanalar var.

Başqa bir problemi də indi öyrəndim. Oktay bəyin ağ çiyərinə infeksiya düşüb və hətta bunun üçün həkimi kənardan dəvət ediblər. Analizlərin nəticəsində bəlli olub ki, doğrudan da ağ çiyərdə infeksiya var. (((

Bu fotonu da iki gün öncə İstanbulda Oktay bəyi ziyarət edən bir soydaşımız mənə göndərmişdi.

Zümrüd Yağmur