Şirin Cəfəri: ''BANDOTDEL'' LƏĞV EDILSIN!


2017-ci ilin oktyabr ayının 7-də səhər saat 09:30 radələrində Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") nin iki şöbə rəisi olmaqla yanaşı bir əməkdaşı da əsassız olaraq evimə basqı etdilər.

7gun.org xəbər verir ki, bu sözləri "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri özünün feysbuk səhifəsində yazıb.

"Nə yaxşı ki, həmin vaxt azyaşlı övladım məktəbdə olub. ''Bandotdel''in üç əməkdaşları evimi dağıdaraq, vəhşicəsinə axtarış apardılar. Ancaq nə axtardıqları məlum deyildi. Axtarışdan sonra məni ''Bandotdel''in binasına apardılar. Binaya daxil olduqdan sonra məni vurmağa başladılar. Vurulan zərbələrdən özümü qorumağa çalışsam da, bu onları qane etmədi və qollarımı qandalllayıb döyməyə başladılar. Bunların vəhşiliyinə səbəb, mənim Ukraynada iki iş adamının toqquşmasıından yazmağım olmuşdur. Mənə ilk sualları belə oldu: ''Nəqədər pul almısan?'' Mən isə bildirdim ki, pul alıb yazanın və yerlipərəstlik edənin şərəfinə tüpürək. Təbii ki, məni vuranların şərəf və ləyaqətdən xəbəri yoxuyudu. Bu idarənin varlığı kimə lazımdı? Bunların etdikləri əməllər ölkə rəhbərliyinə başucalığı gətirirmi? Təbii ki, yox. ''Gündəm Xəbər'' qəzetinin 9-cu səhifəsində bəhs etdiyim iş adamları Firuz Ibrahimov və Qulam Ələkbərovun hər ikisi Goranboy rayonundadır. Onların evimə qəfil hücumunun nəticəsi olaraq, həyat yoldaşım qorxaraq bu gün də xəstəlikdən əziyyət çəkir. Ümumiyyətlə təklif edirəm ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") ləğv edilsin!"- deyə Şirin Cəfəri qeyd edib.