Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb-FOTO
7gun.org Turan.az-a istinadən xəbər verir ki, noyabrın 1-də Azərbaycan Beynəlxalq Bankının Nərimanov şöbəsində Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyevanın adına hesab açılıb.
Oktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alan hüquq müdafiəçisini dəstəkləmək istəyənlər manat, avro və dollar ilə vəsaiti həmin hesaba köçürə bilər.