Qazax Ziyalılar Klubu bəyanat yaydı
"Mübarizənin söyüş və təhqir ritorikası, zəiflik, arqumentsizlik və qərəzin sübutudur"- Qazax Ziyalılar Klubunun bəyanatında belə deyilir.7gun.org Sozcu.az-a istinadən həmin bəyanatı olduğu kimi təqdim edir:BƏYANATAzərbaycan dövlətinin və xalqımızın ictimai, siyasi həyatında söyüş, təhqir ritorikasının tətbiqi və bu halın adiləşməsi normal düşüncəli insanları narahat edən prosesdir. Xalqımızın mental dəyərlərinə, adət ənənəsinə zidd olan söyüş, təhqir ritorikası milli kimliyimizi şübhə altına alaraq, fundamental insanlıq dəyərlərinə xələl gətirən ən zərərli haldır. Əxlaq və tərbiyə normalarını istisna edən bu ritorika əslində ayrı-ayrıqda şəxsindən, sosial statusundan, dini mənsubiyyətindən, siyasi baxışından və mövqedən aşlı olmayaraq ümumilikdə xalqa və cəmiyyətin özünə dağıdıcı təsir edən ən mənfi xüsusiyyətdir. Mübarizənin söyüş və təhqir ritorikası, zəiflik, arqumentsizlik və qərəzin sübutudur. Dövlət rəhbəri xalqın və dövlətin hüquqi təmsilçisi olduğundan onun təhqiri bütün xalqın təhqiri deməkdir. Eləcədə sosial vəziyyətindən, partiya mənsubiyyətindən, baxışından, milliyyətindən, dini etiqadından aşlı olmayaraq hər hansı bir şəxsin təhqiri əsla yol verilməzdir. Odur ki, Qazax Ziyalılar Klubu söyüş və təhqir ritorikasından istifadəni qətiyyətlə pisləyir və onu Azərbaycan xalqının milli dəyərlərini və kimliyini məhv edən hal, virus hesab edir.
Qazax Ziyalılar Klubu, Azərbaycan Respublikası cəmiyyətinə və doğma vətənimizlə əlaqəli hər bir kəsə müraciət edərək tərəfləri söyüş və təhqir ritorikasından bir mübarizə vasitəsi kimi istifadə etməməyə çağırır və ümid edir ki, tərəflər müraciətimizi eşidəcək, mübarizəni sivil qaydalarla etik və əxlaq normaları uyğun olaraq aparacaqlar.
Hörmətlə, Qazax Ziyalılar Klubu.