İlham Quliyevin kələkbazlığı-VİDEO


Digər rayonlarda olduğu kimi Saatlı rayonunda da vəziyyət çox acınacaqlıdır. İnsanlar yaşamaq üçün sözün əsl mənasında ağılasığmaz əzab-əziyyətlərə qatlaşmalı olurlar. Məlumata görə rayonun bütün idarə, müəssisə və təşkilatlarında rüşvət və korrupsiya halları vardır.

Bundan başqa, insanlara qarşı süründürməçilk, qeyri-bərabət münasibət höküm sürür. Rayonun vəzifəli şəxslərinin qanunsuz əməl və hərəkətləri barədə ali hakimiyyət orqanlarına şikayət edənlər təqib, təhdid və təzyiqlərə məruz qalırlar. Bu hallar isə hakimiyyətin xalqa qarşı münasibətini və ölkənin necə idarə edildiyini bir daha sübut edir.

Saatlı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlham Quliyevin adı mətbuatda tez-tez hallanan məmurlardandır. Məlumata görə, o öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda sərvət toplayıb. İlham Quliyev Prezident Administrasiyasındakı havadarlarına arxalanaraq bütün çirkli işlərini həyata keçirir. Onun qanunsuz əməl və hərəkətlərinə hüquqi qiymət verən yoxdur.

İlham Quliyev rayondakı özbaşınalıqlardan və haqsızlıqlardan Prezident Administrasiyasına şikayət edən, lakin adının mətbuatda açıqlanmasını istəməyən rayon sakinini və onun ailə üzvlərini cəzalandırıb. Belə ki, həmin vətəndaş şikayətlərini yalnız poçt vasitəsi ilə Prezident Administrasiyasına göndərmiş, onları heç bir halda mətbuatda yaymamışdır. Ali Məhkəmənin Plenumunun müvafiq qərarına əsasən ali hakimiyyət orqanlarına şikayət edən vətəndaşlar inzibati cəzalara və ya cinayət təqibinə məruz qala bilməzlər. Məlumata görə Prezident Adminstrasiyasından həmin vətəndaşın susdurulması ilə bağlı İlham Quliyevə göstəriş verilib. İlham Quliyev isə tanıdığı jurnalistlərdən birinə külli miqdarda pul verərək həmin vətəndaşın şikayət ərizələrinin "bulvar mətbuatlarından" birində çap edilməsinə nail olub. Bundan sonra problemi mətbuat vasitəsilə ictimailəşdirdirmək bəhanəsi ilə vətəndaş inzibati və cinayət təqibinə məruz qalıb.

7gun.org-ın əməkdaşı deyilənlərə münasibət öyrənmək üçün qarşı tərəflə, yəni İlham Quliyevlə əlaqə saxlayıb. O, kobud tərzdə "məni belə məsələlərə görə narahat etməyin, gedin işinizlə məşğul olun" deyərək dəstəyi asıb. Əslində burda təəccüblü bir şey yoxdur. Məmurların hərəkətlərinə nəzarəti itirmiş hakimiyyətin İlham Quliyev kimi "söz sahibi" olar. İlham Quliyevin və digər məmurların harınlığı hakimiyyətin müstəqil mətbuata, söz və ifadə azadlığına qarşı aqressiv münasibətindən irəli gəlir.

7gun.org olaraq araşdırmalarımızı davam etdirəcəyik.