7gun.org Tapdıq Fərhadoğluna qarşı zorakılığı pislədi-BƏYANAT
Bu gün səhər saatlarında Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında "Gəncə işi" üzrə mühakimə olunanların valideynlərinin bir qrupu tərəfindən keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları peşə fəaliyyətini icra edən jurnalist- "Amerikanın səsi" radiosunun müxbiri Tapdıq Fərhadoğlunu (Quliyev) saxlayıb. Polis əməjdaşları ona güc və zorakılıq tətbiq edərək kamerasını əlindən alıblar.
7gun.org olaraq jurnalist Tapdıq Fərhadoğluna qarşı edlən zorakılığı qətiyyətlə pisləyirik, hakimiyyəti söz və mətbuat azadlığına hörmət etməyə çağırırıq.