Jurnalist saxlanılıb
Azel.TV online resursun baş redaktoru Əfqan Sadıqlı bu gün Prezident Administrasiyasının binası yanında saxlanılır. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib.Onun gözlərinin qarşısında mülki şəxslər jurnalisti saxlayıblar və heç bir açıqlama vermədən maşına oturdaraq naməlum istiqamətə aparıblar.
Sonradan məlum olub ki, Əfqanı Səbayel rayonu 9-cu polis bölməsinə aparıblar. S.Sadıqova oraya getdiyində ona deyiblər ki, Əfqanı Rayon Polis İdarəsinə aparıblar. Lakin Rayon Polis İdarəsində Əfqanın orada olmadığını deyiblər.
Qeyd edək ki, bundan 2 saat öncə Ə.Sadıqlı Facebook-da şəhid ailələri üzvlərinin Prezident Administrasiyasının qarşısındakı aksiyasından birbaşa reportaj aparıb.
Bu ilin yayında Ə.Sadıqlı 30 sutkalığa inzibati həbsə məruz qalmışdı.
Bu ilin mayında xuliqanlıq ittihamı ilə bir il yarımlıq həbs cəzasından sonra azad edilib.
Jurnalist ittihamları rədd edərək bildirib ki, onu Cəlilabad rayonunun keçmiş rəhbərliyini tənqid etdiyinə görə həbs ediblər.