Cəmil Həsənli: "Sevinc Osmanqızı neynəməlidir?"


Uzun illərdir hökumətin hədəfində olan jurnalist Sevinc Osmanqızına qarşı hər bir tərəfdən səlib yürüşünü başlayıb. Hökumət başa düşüləndir. Çünki Sevinc xanım uzun illərdir Əliyev rejiminin kötüyünə balta çalır. Buna görə kriminal və antimilli, antiəxlaqı hakimiyyət hətta yaxınlarını belə ondan imtinaya məcbur edib.

Bu sözləri Milli Şiranın sədri, professor Cəmil Həsənli özünün feysbuk səhifəsində yazıb. 7gun.org həmin yazını olduğu kimi diqqətinizə çatdırır:

"Bəs İlqar Məmmədovun, İsmayıl Cəlilovun, Nahid Cəfərovun və başqalarının böhtanlarına, qarayaxmalarına nə deyəsən. Əgər siyasi iddiaları özündən böyük olan bir partiya sədri canlı yayımda publika qarşısında özünü realizasiya edə bilmirsə, buna Sevinc Osmanqızı neynəməlidir? İsmayıl Cəlilov daha dərinə gedərək Sevinc xanımın və onun iki oğlunun Amerikada yaşamasının maliyyə mənbəyini AXCP sədri Əli Kərimliyə yönəltməyə çalışır. Bu adamların hər ikisin mən yaxından tanıdığım üçün məsələyə səssiz qalmaq yalana və böhtana şərik olmaq kimi bir şeydir. Çünki innovasiya texnalogiyaları dövründa yalan və böhtan nəinki ayaq aça bilir, həta yorğa atdan da yüyrək gedə bilir. Cəbhəçi məhbusların və onların ailə üzvlərinin bütün çətinliklərini öz üzərində hiss edən Əli Kərimlinin hansı maddi sıxıntılar içərisində yaşadığın yəqin ki, məndən yaxşı bilən yoxdur. Sevinc xanıma gəldikdə isə yalnız bir faktı xatırlatmağın nəhayət ki, zamanıdır. Bir neçə il əvvəl Vudro Vilson mərkəzinin demokratiya mükafatın almışdım və bu münasibətlə Vaşingtonun müxtəlif think tankslərində, universitetlərində seriya görüşlər keçirir, mühazirələr oxuyurdum. Onların bir hissəsin Sevinc Osmanqızı tərcümə edirdi. Sevinc xanım bu zəhmətinə görə onun üçün nəzərdə tutulan tərcümə haqqını belə almaqdan imtina etdi. Halbu ki, həmin vaxt onun buna indikindən daha çox ehtiyacı vardır. Ehtimallar əsasında adamları qaralamaq, antimilli rejimə qarşı peşəkər fəaliyyəti ilə seçilən, davamlı vətəndaş mövqeyi nümayiş etdirən, bu istiqamətdə geniş auditoraiya formalaşdırmağı bacaran bir jurnalistə qarşı başlanmış qaralama kampaniyasına səssiz qalmaq doğru olmazdı. Nahid Cəfərova gəldikdə isə bu cavan oğlan demokratiya haqqında Qərbdə nəşr olunan 5-6 kitab oxuyub və elə bilir ki, böyük ideoloqdur. 2013-cü il prezident seçkilərindən sonra Avropa Parlamentində gedib avtoritar şəxsiyyətin saxta seçkilərini təbliğ edən Nahid bəy görün nə yazır: "Xalq heç zaman şəxsin ətrafında birləşmir. Bu avtoritarizm və diktatura yaradır. Xalq gələcəklə bağlı ideya, ideologiya və dəyərlər ətrafında birləşir ki, Əli Kərimli də bunları ortaya qoya bilməyib." Bir vaxtlar qum saatı və divarlara çızıx çəkməklə Mirzə Cəlilin "Saqqalı uşaq" hekayəsinin prototipi olan bu tip indi də ideoloqluq iddiasına düşüb, canın, həyatın bu millətin yolunda qoyan insanlara ağıl öyrətmək istəyir. İlham Əliyevin həyata keçirdiyi ağır sarsıntılar, represiyalar şəraitində millətin diriliyi Xalq Cəbhəsindən dirənişindən, onun millətin haqqına və hüququna dayanan ideologiyasından keçir. İndi də Sevinc xanımı günahlandırır ki, 1 il bundan qabaq onun efirdə mən ona agent demişəm və Sevinc xanım həmin videonu efirindən silib. Nahaq yerə silib mən demişəm və əlavə edirəm ki, Nahidin və xarici səfirliklərdə işləyən onun kimilərin kuratoru keçmiş MTN-nin müavinlərindən biri idi və MTN dağılanda onların liter işlərin (qovluqların) prezident aparatının bir şöbə müdirinə verdilər. Amma MTN dağılanda agentura şəbəkəsi də dağıldı və istisna etmirəm ki, bu dağıntıdan "faydalananlardan" biri də Nahid Cəfərovdur. Bu çızıx-mızıx, qum saatı, oyanmaq, yatmaq, "ideologiya" axtarışına çıxmaq, cəmiyyəti avam yerinə qoymaq, nə bilim daha hansı hoqqabazlıqlar hamısı vurundurmadır, iz azdırmaqdır"- deyə Cəmil Həsənli yazıb.