"Kimdən öyrəndiniz bir xanımı, şəhid övladını küçə söyüşləri ilə təhqir etməyi?"-İqbal Ağazadə
Azərbaycan teleməkanından xanım jurnalistə qarşı aparılan çirkin təbliğat bütün dəyərlər sisteminin dağılmasından xəbər verir. 7gun.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə özünün feysbuk səhifəsində yazıb.
"Təəssüf ki, səlahiyyətli dövlət qurumları susur,əslində susmur, bu biyabırçılığa haqq qazandırdığını nümayiş etdirir. Bu qədər miskin, bu qədər rəzil durumu yaradanlar heç düşünürlərmi cəmiyyəti hara sürükləyirlər? Sevinc Osmanqızı bir xanım, şəhid övladıdır. Kimdən öyrəndiniz bir xanımı, şəhid övladını küçə söyüşləri ilə təhqir etməyi? Hörmətli iqtidar mənsubları, durdurun bu verlişləri və jurnalistləri, proses çox pis məcraya yönəlir"-deyə İqbal Ağazadə bildirib.