“Qızıl Xaç”ın təmsilçiləri Rüfət Səfərovla görüşüblər
Bu barədə məlumatı məhbusun atası Eldar Sabiroğlu öz feysbuk səhifəsində paylaşıb.“Beynəlxalq qurumun təmsilçiləri Rüfət Səfərovun sağlıq durumu, qidalanması və saxlanma şəraiti ilə maraqlanıblar. Bildiriblər ki, bir müddət öncə Rüfətin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə əlaqədar Azərbaycan hökumətini, eləcə də insan haqqları sahəsində fəaliyyət göstərən digər beynəlxalq təşkilatları məlumatlandırıblar.
Rüfət hüquqi və universal humanitar prinsipləri təşviq etdiklərinə görə nümayəndəliyin əməkdaşlarına təşəkkür edib , məruz qaldığı işgəncə faktına görə ərizəsinin Avropa Məhkəməsi tərəfindən icraata qəbul edildiyini bildirib.”