Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir
Azərbaycanda hakim partiyanın yüksək vəzifəli nümayəndəsi növbəti dəfə cahillik nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünün tanındığı sənədi qeyri-obyektiv adlandırıb.Söhbət ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünyada insan hüquqlarının vəziyyəti haqqında dünən dərc edilmiş hesabatından gedir.
"Amerikanın Səsi" radiosuna Azərbaycanda insan hüquqlarının pozulması faktlarını ehtiva edən bu məruzəni şərh edən Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov məruzəni "qeyri-obyektiv və birtərəfli" adlandırıb. "Bu cür hesabatların hazırlanması müəyyən maraqlara xidmət edir", deyə o bildirib.
Rəsmi Bakı nümayəndələri ənənəvi olaraq Qərbi Azərbaycanla bağlı hesabatlarında Qarabağ probleminə məhəl qoymamaqda ittiham edirlər. Amma elə həmin Siyavuş Novruzovun və həmkarlarının çox vaxt bu sənədlərdə nə yazıldığı haqqında məlumatı belə olmur. Əks halda o, "Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük hissəsinə və Azərbaycanın ona bitişik yeddi rayonuna nəzarət etməyə davam edir. Dağlıq Qarabağın yekun statusu ATƏT-in Fransa, ABŞ və Rusiyanın həmsədri olduğu Minsk Qrupunun beynəlxalq vasitəçilik predmeti olaraq qalır", deyə yazılan sənədi qeyri-obyektiv adlandırmazdı.
Maraqlıdır ki, Dövlət Departamentinin hesabatında həm Azərbayanla bağlı hissədə, həm də Ermənistanla bağlı hissədə bu ifadə yer alır.