İlham Əliyev Səudiyyə Ərəbistanı İnvestisiya Agentliyinin rəhbərini qəbul edib
Martın 4-də prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Agentliyinin sədri İbrahim bin Əbdülrəhman əl-Öməri qəbul edib.O həmçinin iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədridir.
Qonaq bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoyuluşunda, energetika, bərpa olunan enerji, turizm və turizm infrastrukturu, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlığın inkişafında, ticarətin və s. genişləndirilməsində maraqlıdır.