Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib
Bu gün prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə nümayəndəsi baronessa Emma Nikolsonu qəbul edib.
Görüş zamanı fevralın 20-də keçiriləcək "Cənub" qaz dəhlizi Məşvərət Şurasının növbəti iclasının önəmi vurğulanıb, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.
Bundan əlavə, iki ölkə arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.