Ölkə başçısı Şamaxıya gedib


Fevralın 7-də prezident İlham Əliyev Şamaxıya gedib. İki gün öncə burada zəlzələ baş verib.

Dövlət başçısı FHN rəhbəri Kəmaləddin Heydərovun və rayon administrasiyasının rəhbəri Tahir Məmmədovun zəlzələnin fəsadları barədə məlumatını dinləyib.

Prezident zəlzələ nəticəsində ziyan dəymiş binalara baxıb, yerli sakinlərlə söhbət edib.

Fevralın 5-də Şirvan regionunda zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 6 və 5 bal olub. Nəticədə Şamaxı və Ağsu rayonlarında onlarla tikiliyə ziyan dəyib. İnsan tələfatı yoxdur.