Məmməd Əmin Rəsulzadənin 135 illiyi
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ili tamam olur.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində alıb.
1911-ci ildə Müsavat Partiyasını yaradıb və onun sədri olub.
Rus-çar imperiyasının dağılması ilə 1918-cü il mayın 28-də Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər əqidədaşları ilə birgə qurduğu Azərbaycanın İstiqlal Bəyannaməsini hazrlayıb, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.
Cəmi iki il yaşayan bu cümhuriyyət müsəlman şərqinin ilk demokraitk rüspublikası, qadınlara seçki hüququ verməsi, insan hüquq və azadlıqlarını tanıması və s. ilə dünyaya tanınıb.
1922-ci ildə həbs olunaraq Moskvaya aparılıb, elə həmin il də Finlandiyaya keçməklə Türkiyəyə gəlib, mühacirətdə Azərbaycan savaşına başlayıb.
Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində Sovet qoşunlarının müdaxiləsi ilə süqut etdi. Elə həmin il M.Ə.Rəsulzadə Qırmızı Ordunun əsgərləri tərəfindən İsmayıllının Lahıc kəndində həbs olundu. 1922-ci ildə isə Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk etdi.
M.Ə.Rəsulzadə İkinci Dünya Müharibəsi dövründə isə əsir düşmüş minlərlə azərbaycanlını xilas etməsilə tanınır.
O, 1948-ci ildə Türkiyəyə qayıdaraq, Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır, azərbaycanlıları bir təşkilat ətrafında birləşdirir.
1952-ci ildə M.Ə.Rəsulzadənin birbaşa rəhbərliyi ilə "Azərbaycan" jurnalı nəşr edilməyə başlayır. Bu illərdə o, başda ABŞ dövləti olmaqla Qərbin SSRİ-yə qarşı yürütdüyü "soyuq müharibə" proqramına dəstək verir, "Amerikanın Səsi", "Azadlıq" radiolarında sovet dövlətini və kommunist rejimini tənqid edir.
M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, onu "Əsri" qəbirstanlığında dəfn ediblər.
M.Ə.Rəsulzadə 1988-92-ci illər Azərbaycan mili-azadlıq mübarizəsinin simvolu olub və 1992-ci ildə Azərbaycan AXC-nin varisi olduğunu elan edib.
Amma indiki hakimiyyətin 1918-20-ci illər AXC qurucularına və M.Ə.Rəsulzadəyə münasibəti isti deyil. Belə ki, Bakıda onun heykəli belə qoyulmayıb, adı yaratdığı Bakı Dövlət Universitetinin üzərindən götürülüb.
1992-ci ildən Novxanıdakı ata evinə vurulan barelyefi oğurlanıb. Yeni hazılanan və yerinə qoylulan barelyefdə xidmətləri belə yada salınmayıb.