Hüquq müdafiəçisi çağırış etdi - "Abunəçilərin məlumatlarını polisə ötürən mobil şirkətlər məhkəməyə verilsin"
Necə olur ki, Fuad Əhmədli etmədiyi cinayətə görə 4 il cəza alır, amma bu gün həmin qanunsuz hərəkəti edənlər vəzifə və iş başındadır?Hüquq müdafiəçisi Oktay Gülalıyev şəxsi feysbuk səhifəsində çağırış edib. Həmin palyaşımı 7gun.org olaraq təqdim edirik.
Bu gün Suraxanı polis İdarəsindən mənə zəng edərək bəzi "dəqiqləşmələr" etmək istədiklərini bildirdilər. Telefon nömrəmin mənə aid olduğunu (!?) və atamın adını (!?) soruşdular. Səbəbini soruşduqda bəzi "anlaşılmazlıqlar" olduğunu bildirdilər. Ən nəhayət qeyd etdilər ki siz 19 yanvar mitinqinin iştirakçısı olmusunuz. Bildirdim ki, mən 19 yanvar mitinqinin iştirakçısı yox, təşkilatçılarından biri olmuşam. Ən böyük anlaşımazlıq və qanunsuzluq isə sizin mitinqdə iştirak edən insanlara zəng edib bu cür suallar vermənızdır. Axırıncı cavabdan sonra danışığı kəsdilər...
Xatırlayırsınızsa, 2016- cı ilin avqust ayında AXCP fəalı Fuad Ahmadlini şərləyib həbs edəndə qos- qoca DİN və Respublika Prokurorluğu birgə məlumat yaydı ki, guya adı çəkilən şəxs “Azerfon” MMC-də zənglər mərkəzində operator işləyərkən abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. Etmədiyi cinayətə görə F. Əhmədli 4 il müddətə azadlıqdan məhrum edildi. 19 yanvar mitinqinə görə 20 min abunəçinin şəxsi məlumatları mobil şirkətlər tərəfindən polislərə ötürülüb. Polis idarələri isə bu məlumatlar əsasında qanunsuz olaraq minlərlə insana zəng edərək insanların vaxtını alır, onları əsəbləşdirir, polisə çağırır, bəzilərinə isə hədə- qorxu gəlirlər. Necə olur ki, Fuad Əhmədli etmədiyi cinayətə görə 4 il cəza alır, amma bu gün həmin qanunsuz hərəkəti edənlər vəzifə və iş başındadır? Xalqa meydan oxuyurlar...
19 yanvar mitinqində iştirak etdiyinə görə mobil şirkətlərin abunəçilərə məxsus şəxsi və anten məlumatların polisə ötürməsi, polisin isə bu məlumatlar əsasında vətəndaşlara zəng etməsi ciddi qanun pozuntusu olmaqla yanaşı biabırçılıqdır. Hər iki hərəkət barədə məhkəməyə müraciət olunmalıdır. Hazırda bu yöndə müzakirələr aparırıq.