Karsa salınmış AXCP fəalı ilə görüşə icazə verilməyib
Vəkil Elçin Sadıqov ötən gün AXCP fəalı Fuad Əhmədli ilə görüş ala bilməyib. F.Əhmədli dekabrın 26-da 16 saylı koloniyada 3 sutkalığa karserə salınıb. 7gun.org xəbər verir ki, bu barədə Turan-a vəkil bildirib."Vəziyyətə aydınlıq gətirmək və F.Əhmədlinin durumunu öyrənmək üçün koloniyaya getdim. Ancaq görüşə icazə verilmədi", - vəkil bildirib.
O deyib ki, F.Əhmədlinin hüquqlarının təmin olunması üçün hüquqi prosedurları davam etdirəcək.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Fuad Əhmədli 2018-ci il avqustun 17-də "operativ-axtarış fəaliyyəti haqqında qanunun normalarının pozulması", əsasən "Azerfon" mobil rabitə istifadəçilərinin şəxsi məlumatlarının yayılması kimi uydurma ittihamla həbs olunub. Bundan əlavə, onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.
2017-ci il iyunun 16-da F.Əhmədli 4 il azadlıqdan məhrum edilib. Avqustun 17-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. F.Əhmədli siyasi məhbus kimi tanınıb.