Tanınmış sayt rəhbərinə hücum olunub


Sosial şəbəkədə yayılan məlumata görə, Tanınmış bloggerlər və Azerbaycanrealligi.com saytının rəhbəri Dayanat 3 nəfər idmançı görkəmli adamlar tərəfindən qarşısı kəsilib. Onun boğazına bıçaq dayayıblar və kəsməklə hədələyiblər. "Sənin başını burada kəsərik, qanın batar. Sən nə qədər qudurubsan ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovdan, AZAL-ın prezidenti Cahangir Əsgərovdan, Qazax payon polis idarəsində baş verənlərdən yazırsan? Öldürərik səni burada" - deyən şəxslər yazıların saytdan çıxarılmasını tələb ediblər.

7gun.org xəbər verir ki, bununla bağlı açıqlama verən Dəyanət Babayev onun üçün narahat olan insanlara təşəkkür edirək bildirib ki, ona qarşı təhdid həqiqətən baş verib:

" Gecə tandığım insanlarla çörək yedik. Bir dostuma da pul üçün mesaj yazmışdım. Çörək yediyimiz adamlardan aralanıb evə gedəndə həmin dost zəng etdi ki, gəl, pulu verim. Getdim. Nərimanov parkında pulu götürdüm, evə maşrutla qaydanda köhnə Nərimanov məhkəməsi qarşısında - Ağa Neymətulla küçəsində təxminən saat 23:00-da düşdüm. Birinci fotoda gördüyünüz yolla gəlirdim. İkinci həmin yol istiqamətində olan ikinci fotoda gördüyünüz arkaya təxminən15-20 metr qalmış tanımadığım idmançı görkəmli biri, yanında da bir nəfərlə mənimlə görüşdü. Dedim yəqin məhlədə yaşayırlar, başım söhbətə qarışdı. Arkadan içəri girdik. Dedilər: "Sən "ağsaqqal"dan olan yazını niyə çıxartmırsan?" Düşündüm ki, prezident İlham Əliyevi nəzərdə tuturlar. Dedim: "mən "ağsaqqal"dan yazı vermirəm axı". Dedilər: "Özünü artistliyə qoyma. Sənə bu gün jurnalistlər zəng ediblər? (Adını açıqlamaq istəmədiyim sayt rəhbəri həqiqətən də zəng etmişdir) Dedim: "Hə edib Zakir müəllimi deyirsiz?" Bildirdim ki, o yazı mənə məxsus deyil, Reallıq.info saytı verib, mən də ona istinadən yazını vermişəm. Dedilər: "Sənə deyirik, sil". Dedim: "Baş üstə silərəm". Dedilər ki, Qazax haqqında yazı vermisən, onu da sil. Mən də dedim, onu da silərəm. Dedilər, Azal rəhbəri Cahangir müəllim haqqında səhifəndə qaradərili mügənni ilə oynamasının videosunu paylaşmışdın, o video sənə kim ötürmüşdür? Dedim ki, hansısa səhifə paylaşmışdı, oradan götürmüşdüm. Daha sonra gözləri qızmış idmançı görkəmli şəxs sinəmdən tutaraq 4-cü və 5-ci fotoda gördüyünüz arkanın böyründəki sol küncə sıxışdırdı. Arxa cibindən bıçağı çıxararaq boğaz nahiyəmə dayadı. Dedi: "20 il srokda olmuşam, sənin boğazını sərçə boğazı kimi üzərəm, yenidən gedərəm sroka. Bir də Zakir müəllim haqqında yazı versən, səni burada yox, maşınla aparacağıq. Oradanda o dünyaya gedərsən".

Mən bu gözü qızmış idmançı görkəmli şəxsdən canımı qutarmaq üçün nə desə, razılaşdım. Dedilər: "Həbsdə olmuş adamsan, bizə sən öl vur ki, bu məsələ haqqında hec kimə heç nə deməyəsən." Onu da etdim. Təxminən 6-7 dəqiqəlik danışıqdan sonra arka tərəfə gəldik, mən sonuncu fotoda görduyünuz Montin hotel, Bazarstore tərəfə qaçdım. Orada adamlar vardı. 30-40 metr aralandım, uca səslə qişqıraraq "quldurlar, banditlər adam oğruları" və s. sözlər dedim. Elə bu vaxtı arkanın yaxınlıqında saxladıqları qara maşına minib maşını sürətlə sürüb hadisə yerindən uzaqlaşdılar".

Dəyanət Babayev əlavə edib ki, polis araşdırma aparmaq istəyirsə buyursun, hadisə yerində təhlükəsizlik kameraları da var:

"Baş verən hadisə haqqında polisə məlumat vermək istəmirəm, çünki doğru araşdırma gözləmirəm. Polis könüllü araşdırma aparmaq istəyirsə, buyursun, hadisə yerində təhlükəsizlik kameraları var. Çox uzun yazmayacağam. Hər şey bəllidir zatən. Xəbərdarlıqlar alırdım, bu da nəticəsini verdi. Mübarizəyə davam!"


Tanınmış sayt rəhbərinə hücum olunub