Bastainfo.com saytının baş redaktoru hazırda Prokurorluqdadır
Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu noyabrın 30-da Bakı Prokurorluğuna çağırılıb. 7gun.org xəbər verir ki, bu haqda Turan-a jurnalist özü bildirib.Onun sözlərinə görə, bu gün günorta ona prokurorluqdan zəng ediblər.
"Bakı Şəhər Prokurorluğunun müstəntiqi Elçin Musayev zəng etmişdi. Mənim vəkilimlə bərabər saat 15-də prokurorluqda olmağımı istədi", deyən jurnalistin çağırışın səbəbləri haqqında məlumatı yoxdur.
"Çağırışın səbəbini bilmirəm, müstəntiq bununla bağlı heç nə demədi", deyə M.Hacıbəyli qeyd edib.
Mustafa Hacıbəyli hazırda prokuroluqdadır.
Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib. Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.
Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.
Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq, axşama qədər dindirilib. Mütəxəssislər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblə