Criminal.az saytının redaktorunun işi üzrə prosesdən


Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının redaktoru Anar Məmmədovun işi üzrə iclas keçirilib.

Xatırladaq ki, 2018-ci il iyulun 9-da Baş Prokurorluq İnternetdə 2018-ci ilin yayında Gəncə icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə enerji böhranı ilə bağlı "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.

Bundan sonra Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib.

Sonradah Məmmədova qarşı CM-in 281.1 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. O, bu ittihamları təkzib edir.

Yanvarın 29-da iclasda şahidlərin - ana-qız Məlahət Məmmədova və Samirə Canıyevanın ifadələri dinlənilib. İstintaqın məlumatına görə, criminal.az saytında məlumatı oxuduqda "həyəcanlanıblar və Bakı şəhər Prokurorluğuna tədbir görmək xahişi ilə müraciət ediblər".

Amma iclasda bu şahidlər, müdafiə tərəfin çoxsaylı suallarına baxmayaraq, onları bu qədər narahat edən nəşrin adını söyləyə bilməyiblər.

Məmmədova qeyri-müəyyən şəkildə müharibədən, mitinqlərdən qorxduğunu deyib. Hər iki qadın məhkəmədə VPN sistemindən istifadə etmədiklərini təsdiq ediblər, amma saytı hakimiyyətin bloklamasından sonra - iyulun 9-da oxuduqlarını iddia ediblər.

Şahidlər bildiriblər ki, bu "kanalın" bağlanması üçün şikayət ediblər. Məhkəmə iclası fevralın 8-də davam edəcək.