Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib


Yanvarın 6-da İsveçin paytaxtı Stokholm və Göteborq şəhərlərində "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!"şüarı ilə aksiya keçirilib.


7gun.org xəbər verir ki, aksiyada Müsavat Avropa Koordinasiya Mərkəzinin və AND təşkilatının İsvəçdəki nümayəndələri, eləcədə bitərəf fəallar iştirak edib.

Aksiyada Azərbaycanda repressiyalara son qoyulması və bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib. Aksiya iştirakçıları Azərbaycan bayrağını, Mehman Hüseynov, Əfqan Muxtarlı, İlkin Rüstəmzadə, Fuad Qəhrəmanlı və digər siyasi məhbus sayılan şəxslərin şəkilləri qaldırıb.