“ƏXLAQSIZ VERLİŞLƏRƏ SON QOYULMASI ÜÇÜN tədbir görülməlidir”Aqil Mahmudov
Bu gün əsas mövzulardan biri və cəmiyyətimizi narahat edən Azərbaycan gəncliyinin bu günü, onun həyat tərzi haqqındadır. Sözün düzü bu mövzuya mənim bir az fərqli yanaşmalarım var. Hər zaman dostlarla bir araya gəldiyimiz zaman müzakirə etdiyimiz mövzuların bəlkə də başında gəlir bu problem. Çünki hər bir vətəndaş kimi sabahımız olan gəncliyimizin bu günkü vəziyyəti bizi narahat etməyə bilməz. Nəticə etibarilə bu problem bizim demək olar hər gün, hər saat üz – üzə gəldiyimiz böyük bir problemdir. Yeknəsəklik, bir şineldən çıxmışlıq bizim gəncliyin ən böyük problemlərindən biridir. Bunun da çoxlu müxtəlif səbəbləri var. İndi hər nə qədər səbəblər haqqında başımızı yorsaq da, gəlib nəticəyə çıxdığımız zaman bir acınacaqlı mənzərə ilə rastlaşırıq: gəncliyimiz böyük bir boşluq içərisindədir. Hakimiyyətin gənclərlə apardığı işin yarıtmaz vəziyyətdə olması və bilərəkdən hakimiyyətin təbliğat maşının gənclərimizi əxlaqsız yollarla qarşı aparmasına nail olur. Bu isə Azərbaycanın gələcəyinin müəyyən edilməməsinə gətirib çıxarır. Çünki nəticədə ortada məhv olan bir gənclik var; sürətlə kriminallaşan və nə istədiyini bilməyən, cəmiyyətdə tapa bilmədiklərini başqa zərərli vərdişlərdə axtaran, tapa bilmədikdə isə depresiyaya sürüklənən, hətta öz canına qəsd etməkdən belə çəkinməyən bu gəncliyin ən böyük problemi içində olan boşluğu aşa bilməməsidir. Bunu doğuran səbəblərə göz atmağa hazırsınızmı? O zaman buyurun:
1. Bu gün Azərbaycan Respublikasında gənc sayılan insanların böyük əksəriyyətinin uşaqlığı formasiya dəyişikliyi dövrünə düşüb. Uşaqlığı bu dövrə düşən gənclər xaos və anarxiya dolu bir uşaqlıq keçirirlər. Ata ancaq bir tikə çörək puluna işləyir(o da iş tapa bilsə!), ana yeri gələndə evindən nəsə sataraq evin içini dolandırmağa çalışır, qardaşlardan biri elektrik qatarında səhərdən – axşama əlində siqaret vaqon – vaqon gəzir, digər qardaş məktəbdə oxumalı olduğu halda məktəbə getmir. Xülasə, başlı başını saxlasın! Hər kəs özü üçün yaşayır. Bütün dəyərlər öz mənasını itirilib. Kəndli yumurtanı belə şəhərdə yerləşən bazardan baha qiymətə alıb evinə gətirir. Çünki “öz əlim öz başım” – prinsipi ona yaddır. Şəhərdə yaşayan insanlar isə bomboz həyatdan sıxılmalarına rəğmən nə edəcəklərini bilməyəcək şəkildə eləcə oturub Cənab Əzrayılı gözləməklə məşğuldurlar.
2. Qəlblərində dərin Vətən məhəbbəti daşıyan gənclik bu dövrdə hələ tam formalaşmamışdır. Bunun səbəbi isə yuxarıda dediyim kimi hakimiyyətin təbliğat maşını sayılan elektron və qeyri-elektron mətbuatın gəncliyimizin məhvinə hesablanan verlişləri və məqalələridir. Çünki həmin bu gənclik hardasa siyasi baxımdan yetərincə formalaşmasından qorxuya düşən hakimiyyət öz monopoliyasında olan televiziya və mətbu orqanlar vasitəsilə populist çıxışlarla gəncliyimizin istiqamətini cəmiyyət üçün lazımsız məsələlərə yönləndir. Amma onların ıçındə nə istədiyini bilənlər də var , bunlar da bu dövrün gəncliyinin əksəriyyətini təşkil edir.
Yuxarıda qeyd etdiklərimizdən başqa gəncliyin bu vəziyyətə gəlib çıxmasında önəmli bir faktor da onların örnək ala biləcəkləri hakimiyyətin gənclər üçün hazır olmayan siyasətinn olmaması ya da yoxmuş kimi göstərilməsindədir. Yəni həqiqətənmi millətin örnək ala biləcəyi siyasət artıq mövcud deyil? Əgər mövcud deyilsə, o zaman millət kimi ciddi bir mənəvi problemlə qarşı – qarşıyayıq. Yox, əgər mövcuddursa, o zaman bunun təbliği ilə bütün lazımi distansiyalar məşğul olmur. Bu gün gənclər hansısa bir bəsit müğənnini özünə kumir sayırsa, ona bənzəməyə çalışırsa, hər halda bu ciddi siqnal kimi qəbul olunmalıdır. Ölkədə ciddi düşüncə böhranı varsa sözsüz ki, bu ciddi düşüncə böhranını aradan qaldırmaq məqsədi ilə bir sıra tədbirlərən əhəmiyyətlisi olan ƏXLAQSIZ VERLİŞLƏRƏ SON QOYULMASI ÜÇÜN tədbir görülməlidir. Əks halda Azərbaycanın gələcəyi məhv ola bilər!!!
/hefteaz.info/