Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir?FOTO-VİDEO


7gun.org Azerbaycanrealligi.com-a istinadən xəbər verir ki, bir qrup Qarabağ qazisi və müharibə iştirakçısı jurnalistləri başına toplayaraq, öz etirazını dilə gətiriblər. Belə ki, onlar “Atlas” MMC tərəfindən torpaq sahələrinin zəbt edildiyini bildiriblər. Təxminən 20-yə yaxın torpa sahəsi sahibi olan Qarabağ döyüşçüləri dövlət başçısı cənab İlham Əliyevdən kömək istədiklərini bildirdilər.


İltifat Aslanov, Qarabağ əlili: “Mən də digər yoldaşlar kimi, 2005-ci ildən tam qaydalar çərçivəsində torpaq almışam. Amma məmurlar saxta sənəd hazırlayaraq, bizim mülükümüzü əlimizdən alıblar. Üst-üstə cənab prezidentə müraciət etmişik, amma səsimizə səs verən yoxdur. Biz bilirik ki, bizim müraciətlər ölkə başçısın çatmır və bəzi məmurlar bunu bilərəkdən edir ki, insanlar dövlətdən narazı qalsın. Bu qədər haqsızlıq eləmək olmaz Qarabağ döyüşçülərinə qarşı. Bizim sağlamlığımız onsuz da imkan vermir gedib hardasa işləyib pul qazanaq. Bu torpağı aldıq ki, özümüzə bir ev tikib yaşayaq, amma buna imkan vermir “Atlas” MMC rəhbərliyi. Deyir get kimə istəyirsən de, mən heçkimdən qorxmuram. Biz də qalmışıq indi ortalıqda, bilmirik nə edək, kimə müraiət edək”.

Vasif Mikayılov: “Mən də Qarabağ döyüşçüsü adından gəlmişəm bura, çünki o xəstədi gələ bilmədi. Mən istəyirəm burdan cənab ölkə başçısına öz sözümü çatdırım ki, bimiz problemi həll etməyə göstəriş versin. Burdakı insanların hamısı vətən , ölkəni sevən insanlardı, amma bəzi məmurlar və işbaz adamlar imkan verməyir ki, yaşayaq. Bu qədər haqsızlıq olmaz, daha bilmirik kimə danışaq dərdimizi”.


Fərhadov Tələr, Qarabağ müharibə vertanı: “Mən bu vətən üçün, torpaq üçün könüllü olaraq döyüşmüşəm, çünki bu ölkə bizim namusumuz, qeyrətimizdir. Biz bu ölkə üçün hər zaman ölməyə belə hazırırq. Amma indi bəzi insanlar bilərəkdən elə addım atır ki, bizi ölkə başçısından, vətəndən soyutmaq istəyir. Axı bu qədər haqsızlıq olmaz. “Atlas” MMC rəhbərliyi bizi bu ölkə ilə baş-başa qoyur. Bizi qəbul da etmir, saxta sənədlərlə bizim halal mülkümüzü alıblar. Bilmirik kimə deyək dərdimizi. Gedirik danışaq “Atlas” MMC rəhbəri ilə, o isə polis çağırır”.



Daha sonra digər Qarabağ döyüşüləri fikirlərini belə ifadə ediblər:

“Bu torpaqları biz 2005-ci ildən almışıq, amma “Atlas” MMC özbaşına bu torpaqları zəbt edərək, bizim daş hasarları da söküb öz işlərini aparmağa başlayıblar. Bununla bağlı dəfələrlə icra başçısına, məhkəmələrə müraciət etmişik, amma bizi sayan yoxdur. Biz ona görə Qarabağda döyüşdük ki, vətənimizi, torpağımızı, qeyrətimizi qoruyaq, amma bu gün bizə verilən qiymət budur. “Atlas” MMC-nin rəhbərinin qəbuluna dəfələrlə getmişik, amma bizi qəbul etmir, polis çağırır. Bizi dövlətlə üz-üzə qoyur “Atlas” MMC rəhbəri. Bəzi məmurlar və bu “Atlas” MMC-nin rəhbəri bizi dövlətlə, ölkə başçısı ilə üz-üzə qoymaq istəyir. Belə haqızlıq olmaz, sonra deyirlər ki, Qarabağ qazisi özünü yandırdı. Biz müharibədə zərbə alan adamlarıq, bəzən əsəbi olanda nə etdiyimizi belə bilmirik, elə edərlər biz də sonda özümüzü yandırarıq hansısa dövlət orqanı qabağında. Nə edək, hara, kimə müraciət edək? Tək çıxış yolumuz ölkəni tərk edib, başqa yerdə sığınacaq istəməkdi çarəmiz. Baxın, biz bu vətənin hər qarışı uğrunda döyüşdük, vuruşduq, amma indi hansı vəziyyət yaranıb ki, qaçmaq istəyirik bu ölkədən bəzi insanarın əlindən. Axı belə münasibət bəsləmək olmaz insanlara. Bizim öz halal pulumuzla aldığımız torpaqlar əlimizdən alınıb, tikdiyimiz hasarlar dağıdılıb. Cənab pezident, xahiş edirik, bizim səsimizə səs ver. Siz hər zaman məmurlara tapsırırsız ki, vətəndaşlara, şəhid ailələrinə, qazilərə qarşı həssas olsunlar, amma baxın vəziyyət nə yerə çatıb ki, biz bezmişik. Bilsək ki, bu torpaqlar Azərbaycana lazımdı, hamımız könüllü bağışlayarıq torpağı , amma hansısa tikinti şirkətin zəbt etməyini həzm edə bilmirik”- deyə etiraz edən Qarabağ döyüşçüləri bildirib.

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir?



































Qeyd edək ki, daha sonra “Atlas” MMC şirkətinə gedən sakinlərə bildirdilər ki, bazar gününə görə heçkim yoxdur ofisdə, amma onları sabah qəbul edəcəklər. Onu da bildirək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





1-ci hissə


2-ci hissə


3-cü hissə