Jurnalist Əfqan Sadıqov Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 günlük həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmama) maddəsi ilə təqsirli bilinib.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova vəkil Cavad Cavadova istinadla bildirib.
O qeyd edib ki, həyat yoldaşı qanun pozuntusuna yol verməyi, yalnız şəhid ailələrinin Prezident Administrasiyası qarşısındakı etiraz aksiyasını müşahidə edib.