Həbsdə Tofiq Həsənlinin səhhəti pisləşib


Həbsdə olan satirik-şair Tofiq Həsənlinin səhhəti pisləşib. Bu barədə onun ailə üzvləri bildiriblər. Onların deməsinə görə, 6 saylı cəzaçəkmə müəssisəsində saxlanan satiriklə telefonla danışıblar. T.Həsənli ürək nahiyəsində, böyrəyində kəskin ağrıların olduğunu bildirib.

Vəkil Elçin Sadıqov bildirib ki, T.Həsənlinin ailəsinin məlumatı əsasında əlaqəli qurumlara müraciət hazırlayıb. Lakin Penitensiar Xidmət hələlik müraciətə reaksiya verməyib.

Xatırladaq ki, T.Həsənli 2016-cı ilin avqustunda narkotik maddənin yayılması ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Lakin həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin ünvanına satirik şerləri ilə çıxış etməsidir. 2005-ci ildə də narkotik maddə ilə bağlı həbs olunmuşdu, ancaq iki ildən sonra amnistiya ilə azadlığa buraxılıb.

Turan.az