Fransa Dağlıq Qarabağ Respublikasını tanımır
"Fransa Dağlıq Qarabağ Respublikasını tanımır və özünü onun rəhbərləri hesab edənlərlə heç bir münasibət saxlamır", - Fransa XİN-in nümayəndəsi bildirib.
Bundan öncə Ermənistan KİV məlumat yaymışdı ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) rəhbəri Bako Saakyan Fransada səfərdədir.
Bu səbəbdən Azərbaycan XİN bildirib ki, Saakyanın Fransaya səfəri Bakını Paris ilə münasibətlərə yenidən baxmağa məcbur edir.
"Fransa qondarma Dağlıq Qarabağ Respublikasını tanımır. O, özünü onun rəhbərləri kimi təqdim edənlərlə münasibət saxlamır", - qurumun nümayəndəsi qondarma DQR rəhbərinin Fransaya səfərinin Azərbaycanda etiraza səbəb olması ilə bağlı jurnalistin sualının cavabında deyib.
"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi, məsələnin sülh yolu ilə və dayanıqlı həllinin tapılması üzərində çalışır, öz vasitəçilik missiyasını qərəzsiz yerinə yetirir", - RİA-Novosti XİN nümayəndəsindən sitat gətirib.
Xatırladaq ki, bundan öncə Azərbaycan XİN bəyanat yayaraq Fransanı ikili standartlarda ittiham edib və bu səbəbdən Azərbaycanın bu ölkə ilə münasibətlərinə yenidən baxmalı olacağını bildirib.