Fransa hökumətində dəyişikliklər gözlənilir


Fransa hökumətinin tərkibində dəyişikliklərə hazırlıq gedir.

7gun.org xəbər verir ki, Yelisey sarayındakı mənbələrə görə, bu barədə prezident Emanuel Makron bu gün başlayacağı gözlənilən Ermənistan səfərindən dönəndən sonra, yəni 12 oktyabr günüdən tez olmayaraq ətraflı məlumat verəcək.

“Vəzifədən gedənlər də olacaq, yeni gələnlər də, həmçinin hökumət daxilində fəaliyyət istiqamətini dəyişənlər də”, - mənbə vurğulayıb.

Ötən həftə ölkənin daxili işlər naziri Jerar Kolon Lion bələdiyyə başçısı olmaq istədiyini bildirib istefaya gedəndən sonra Nazirlər Kabinetində mümkün dəyişikliklər məsələsi ölkə KİV-inin böyük marağına səbəb olub. Yelisey sarayında isə hökumətdəki dəyişikliklərin niyə yubanmasını dövlət başçısının “tələsmədən, təmkinlə və peşəkarcasına” işləməyi üstün tutması ilə izah ediblər.

REPORT