Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Londonda 21 milyon dollar xərcləyib


Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun ilk hədəfi olan qadın Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadır.

O, Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmasına qarşı mübarizə aparır. Evin hazırki qiyməti isə 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirlir.

İngiltərədə media, ictimaiyətin belə bir işin bütün faktları bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva, anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Ev qiymətlərinin çox baha olduğu Londonda evi necə alırlar?

Keçmiş dövlət bankiri Cahangir Hacıyevin arvadı on il ərzində Londonun məhşur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf kulubunu alıb.