"Bu hakimiyyət hələ qalmalıdır ki, müxalifət təcrübə toplasın" -Erkin Qədirli


"Bu hakimiyyət hələ bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın"

7gun.org xəbər verir ki, bu sözləri Meydan Tv-yə müsahibəsində REAL Partiyasının İdarə Heyyətinin üzvü Erkin Qədirli deyib.

Erkin Qədirli jurnalistin müxalifətin kadr potensialı ilə bağlı verdiyi suala cavab verib ki, hakimiyyət bu gün çöksə, heç kəs hakimiyyətə gəlməyə hazır deyil. Mən bunun üçün deyirəm ki, tələsən yerimiz yoxdur. Bu hakimiyyət hələ bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplasın.

Erkin Qədirli bundan öncə də bu cür açıqlamaları ilə diqqət çəkmişdi. O, hakimiyyətə gəlmək üçün tələsən yerimiz yoxdur və Qarabağ münaqişəsi həll olunmamış Azərbaycana demokratiya gələ bilməz kimi fikirlərinə görə sosial şəbəkələrdə ciddi tənqidə məruz qalmışdı.