SOCAR-ın Ermənistanda tutulan təmsilçisi İlham Əliyevin özünü şübhə altına qoyur


“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifədən azad edilib.

7gun.org Sozcu.az-a istinadən xəbər verir ki, tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli eyni qərarın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə də şamil olunmasının vacib olduğunu bildirib:

"Etibar Pirverdiyevin işdən azad edilməsi gecikmiş olsa da doğru qərardır. Eyni qərar Rövnəq Abdullayev üçün də də olmalıdır. Ona görə ki, SOCAR-ın ABŞ -dakı təmsilçisi Ermənistanda tutulub. Bu bir başa cənab İlham Əliyevin özünü şübhə altına qoyur".