Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi
İmişli şəhəri Lətif Vəliyev küçəsi 38 ünvanda yaşayan ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər dövlət orqanlarının rəhbərlərinə etdiyi müraciəti 7gun.org-a təqdim etmişdir. Həmin müraciəti olduğu kimi təqdim edirik:Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevəSurəti- Ədliyyə Naziri cənab Fikrət Məmmədova
Surəti- Daxili işlər Naziri cənab Vilayət Eyvazova
Surəti- Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova
Surəti- İmişli rayon Məhkəməsinin hakimi Ülvü Qənbərova
Açıq məktubHörmətli cənab Prezident!İmişli rayon məhkəməsinin hakimi Ülvü Qənbərov məni İmişli RPŞ-nın Yol Polis Bölməsinin rəisi Eldəniz İmamyarovun şərəf və ləyaqətin müdafiəsi tələbi barədə qaldırdığı hazırlıqsız məhkəmə iclasına 19.02.2020-ci il tarixdə saat 09-30-da məhkəməyə cavabdeh qismində 24.01.2020-ci il tarixdə Qərardadla məhkəmə iclasına çağırmışdır. 30.07.2019-cu il tarixdə yol qaydasının pozulması ilə əlaqədar verdiyim şikayətlərin 20.12.2019-cu il tarixdə cavablandırılmasına əsasən bir daha Sizə yenidən müraciət edirəm. Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası Qanunun 4, 4.6, 7.12, 7.14, 10.1, 12.5, 16-cı maddələrinin pozulması hallarına görə nəzərinizə çatdırıram ki, BDYPİ-nin rəisi Ramiz Zeynalovun mənə ünvanladığı 20.12.2019-cu il tarixli №16-120076-1219 saylı məktubunun sonunda yazır ki, İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Eldəniz İmamyarov tərəfindən həqiqətə oyğun olmayan məlumatların təkzib edilməsi tələbi haqqında İmişli rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur.
Mən, Eldəniz İmamyarovla 2019-cu ilin avqust ayında görüşmüşəm və o, mənim adımı, soyadımı yazaraq götürüb.
Mən onun onun adını, soy adını və ayasının adını hakim Ülvü Qənbərovun 24.01.2020-ci il tarixdə mənə təqdim etdiyi Qərərdadından oxumuşam. Şərəf və ləyaqətinin qorunmasını məhkəmədən tələb edən Eldəniz İmamyarov onunla eydiyim söhbətdə bir çox polis məmurlarının adlarını rüşvət almaqda hallandırdığıma görə əsassız olaraq barəmdə məhkəməyə şikayət edib.
Həm də DİN-nin mətbuat xidmətinin Şirvan şəhərində ki, baş inspektoru Toğrul Nəsirli “Turaninfo.az” saytında mənim məktublarımda göstərdiyim faktları təkzib edib və məni qərəzli böhtançı adlandırıb. Hətta böhtan atdığıma görə hakim Ülvi Qəmbərov tərəfindən 5 ay müddətində azadlıqdan məhrum edilməyim barədə açıqlama da verib.
Son dövrlərdə İmişli rayonunda yaşanan ictimai və sosial problemlər barədə ali hakimiyyət orqanlarına etdiyim müraciətlər məmurları narahat edir. Həmin müraciətlərdə İmişli RPŞ-in çalışan bəzi əməkdaşların rüşvətə qurşanmaları barədə məlumatlar da var. Xüsusilə, yol polisi əməkdaşlarının rüşvət almaq məqsədilə sürücüləri əsassız olaraq incitmələrinə dəfələrlə etirazımı bildirmişəm. Görünür, Eldəniz İmamyarov məhz bu səbəbdən narahat olduğuna görə özünü və əməkdaşlarını sığortalamaqdan ötrü məhkəməyə müraciət etmişdir.
Hörmətli Prezident, müraciətimi nəzərə almağınızı xahiş edirəm.
Hörmətlə,
Məhbub Zülfüqarlı