İşçilərin və gözətçilərin əmək haqqlarını kim verir?


Elə başa düşülməsin ki, mən zəkalı insanların “hər şeyin zamana ehtiyacı var” ifadəsini yersiz işlədirəm. Yeri gələndə sözünü deməlisən. Odur ki, mən bildiklərimi deyəcəyəm.

"Mesanat Holdinq"in rəhbəri Tofiq İsayev İmişli şəhərində Heydər Əliyev adına parkda bir bina tikdirib. Binanın yarısı gənclər mərkəsi, yarısı isə şadlıq sarayıdır. Binanın tikilməsi barədə heç bir rəsmi sənəd yoxdur. Tofiq İsayev Dövlət Əmlak Komitəsindən dəmiryolçuların mədəniyyət sarayını (kulubunu) alıb. 2013-cü ildə İmişli rayon İcra Hakimiyyətinə kulubda təmizlik və rekonsturuksiya işləri aparmaqdan ötrü müraciət edib. İcra Hakimiyyətinin Başçısı da müvafiq sərəncam verib. Tofiq İsayev mədəni-irs nümunəsi olan kulubu sökdürüb yerində yarısı gənclər mərkəzi, yarısı isə şadlıq sarayı olan bina tikdirib. Açılışa gələn Prezidenti aldadaraq binanın gənclər mərkəzi olan hissəsinə aparıb ona qırmızı lenti kəsdiriblər. Prezidentə şadlıq sarayı olan hissə barədə isə heç bir məlumat verməyiblər. Zamanı gəldiyinə görə mən bunu dedim ki, mədəni-irs nümunəsi olan kulubun yerində şəxsi şadlıq sarayı tikdiriblər. İndi mən soruşuram ki, gənclər mərkəzi hansı təşkilatın balansındadır? İşçilərin və gözətçilərin əmək haqqlarını kim verir?

Zamanında yazmışdım ki, Mədəniyyət Nazirliyinin 14 hektarlıq parkı satılıb. Əmlak Komitəsinin sədr müavini 2010-cu ildə Mədəniyyət Nazirliyinə məktub göndərərək parkın qorunmasını onlara tapşırmışdır. Lakin Əmlak Komitəsi və Mədəniyyət Nazirliyi zamanı dayandırdılar, parkın ərazisi satıldı.

Şərəf və layaqətini təhqir etdiyimi, ona böhtan atdığımı bildirən Spirt Zavodunun sahibi Saleh Səmədov İmişli rayon Məhkəməsində Milli Məclisin saytından əldə etdiyi çıxarışı hakimə göstərərək "bunu Məhbub Zülfüqarlı yazıb, mənə böhtan atıb" deyə haray-həşir qopartdı. Mən həmin saytda yayımlanan məqalənin müəllifi olmadığımı bildirsəm də hakim məni 5 ay 6 gün azadlıqdan məhrum etdi.

Vətəndaşlar İmişli rayonunda 1940-1960-cı illərdə çiy kərpicdən tikilmiş evlərə çıxarış (kupça) ala bilmirlər. Baxmayaraq ki, Prezidentin sənədsiz evlərin qeydiyyata alınması barədə sərəncamı vardır. İmişli sakinləri Əmlak Komitəsinin Horadizdə yerləşən idarəsinə aylarla gedib-gəlirlər. Əmlak Komitəsinin balansına pul köçürürlər, lakin sonradan onlara rədd cavabı verib bildirirlər ki, suputnik sizin yaşadığınız ərazini müəyyən edə bilmir. Ora ya örüş yeridir, yadaki ordan yüksək gərginlikli elektrik xətti keçir.

Hələ zamanı gələndə çox şeylər barədə yazacağam.

Məhbub Zülfüqarlı