"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar"-Elçin Həsənzadə


7gun.org Turan.az-a istinadən xəbər verir ki, jurnalist Elçin Həsənzadə bu gün Mingəçevirdə Mədəniyyət Evində 47 saylı Mingəçevir Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə görüşünün videoçəkilişini apararkən saxlanılıb.

"Görüşə əmr qaydasında büdcə qurumlarının və digər dövlət müəssisələrinin işçilərini yığıblar. Biz çəkiliş aparmağa başladıqda bizə mane oldular, daha sonra isə polisə çağırdılar. Hazırda şöbədəyik. Burada üç nəfərik - mən, deputatlığa namizəd İbrahim Türksoy və daha bir nəfər. Bizdən izahat alırlar", deyə Həsənzadə bildirib.

Dairə seçki komissiyasından və şəhər polis idarəsindən şərh almaq mümkün olmayıb.