"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev


Bu nə biabırçılıq, rüsvayçılıqdır?! Özbaşınalığın və qanunlara sayğısızlığın həddinə diqqət edin.

Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarları görünür bəzi dövlət orqanlarının rəhbər və digər vəzifəli şəxsləri üçün keçərli deyil. Rüşvətin və korrupsiyanın tüğyan etdiyi bir şəraitdə yaranmış cəzasızlıq mühitində həmin vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər.

Bir neçə ay öncə rüşvət və korrupsiya mövzusunda jurnalist araşdırması aparırdım. Bu məqsədlə Mingəçevir şəhər, Ağsu və Zaqatala rayonlarının İcra Hakimiyyəti başçılarına rəsmi informasiya sorğusu göndərdim. Qanunla müəyyən edilmiş müddətdə sorğuma cavab verilmədiyi üçün, mən qeyd etdiyim şəhər və rayonların İcra Hakimiyyətləri barəsində Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Uzun sürən məhkəmə çəkişmələrindən sonra Mingəçevir şəhər, Zaqatala və Ağsu rayonlarının İcra Hakimiyyətlərinə qarşı iddiam təmin edildi. Lakin məhkəmənin qərarı bu günə kimi icra olunmur.

Göstərdiyim hallar ölkədə yaşanan ictimai-siyasi durumun və məmur özbaşınalığının təzahürüdür.

Qeyd edim ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərar və qətnamələrinin icrası vəzifəli şəxslər üçün də məcburidir.

Cavid Şirəliyev

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev
"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev