Səni deyirlər ay Saleh Məmmədov - Buyurun tamaşa edin bu gözəlliyə... -FOTOLAR
Qəsəbədaxili yolların yenidən qurulması üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin hesabını aparsaq bu rəqəm kalkulyatorun ekranın sığmaz. Amma di gəl ki, Bakı şəhərində elə qəsəbədaxili yollar var ki, nəinki yenidən qurulub, ümumiyyətlə, baxımsız vəziyyətdədir.7gun.org Bizimxeber.az-a istinadən bildirir ki, şəkillərdə gördüyünüz küçə yolları hansısa ucqar dağ kəndində yox, Bakının Xəzər rayonu, Şağan qəsəbəsi, Təzə Sahə Massivindədir.
Dəfələrlə icra hakimiyyətinə, adı olub özü və fəaliyyəti ümumiyyətlə, görünməyən bələdiyyə sədrinə (bu qəsəbənin bələdiyyə sədrini heç kim görməyib) və “Azəravtoyol” ASC-nin sədri əzəmətli yalanları ilə hər kəsi aldadan, hətta cənab Prezidentə belə yalan məlumatlar verməkdən çəkinməyən Saleh Məmmədova dəfələrlə müraciət olunub.
Amma nə cavab verən var, nə də əraziyə gəlib yalandan da olsa “darıxmayn, düzəldəcik” deyən.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hər gün işə getdiyi zaman bu bərbad yolun 5 mertliyindən keçir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun Prezident İlham Əliyevə yol infrastrukturunun tamamilə həll olunacağı ilə bağlı verdiyi söz və əminlik videosu…
Bu da Sağan, Təzə Sahə massivinin yolu… Buyurun tamaşa edin bu gözəlliyə…